Göyçay və Şəkidə ağır qəzalar baş verib

  • 22.01.2019
  • 0

Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə səhər saatlarında yolun 188-cikilometrliyində, Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 52 yaşlı Ağsu rayon sakini Ziyad Vəliyev, 46 yaşlı Mehman Cavadov, 49 yaşlı Bünyad Qaçayev, Göyçay rayon sakini 27 yaşlı Qinyaz Məmmədov və Rəşad Məmmədovmüxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan biri- Mehman Cavadov ölüb.

Nə düşünürsən?