Ruslar bu hərəkətləri ilə hamını şoka salır

  • 15.01.2019
  • 0

Rusiyada yaşayan bir çox vətəndaşlar öz övladlarını sağlam böyütmək üçün maraqlı bir üsuldan istifadə edirlər. Onlar körpə uşaqlarını havanın temperaturununmənfi 10-15 dərəcə olmasına baxmayaraq çölə çıxararaq təmiz hava almasına şərait yaradırlar. Ruslar bu addımın körpələrin orqanizmləri üçün son dərəcə faydalı olduqalrını deyrlər. Əməkdaşımız Şəhriyar İmanbəylinin bu mövzuda hazırladğı sujeti təqdim edirik.

Havada mənfi 10-15 dərəcə şaxta olmasına baxmayaraq onlar körpə uşaqlarını hər gün təmiz havaya çıxararaq bu cür yerlərdə gəzməyə üstünlük verirlər. Söhbət Rusiya vətəndaşlarından gedir.

Onlar hesab edirlər ki, bununla körpələr daha sağlam böyüyür. Ruslar gün ərzində iki dəfə belə yerlərə gəlirlər.

Soyuqdan qorxmağın və bu səbəbələ gəzintiyə çıxmamağın mənasız olduğunu deyən insanlar, çalışdıqca təmiz hava qəbul edilməsinə üstünlük verirlər. Onlar uşaqlarının soyuqdəymə ilə xəstələnməsindən qorxmadıqlarını deyirlər.

Həkimlər də Moskva vətəndaşlarına bu cür şaxtalı havalarda qrip və başqa yoluxucu xəstəliklərə yoluxmamaq üçün mütəmadi olaraq təmiz havada gəzməyi tövsiyə edirlər.

Elə ölkəmizdə də havanın temperaturunun qarşıdakı günlərdə aşağı düşəcəyini nəzərə alsaq, övladarınızın qripə və başqa xəstəliklərə yoluxmaması üçün çölə çıxaraq təmiz hava qəbul etmələri tövsiyyə olunur.

Nə düşünürsən?