Bakıda vurduğu piyadanı avtomobilinə mindirdikdən sonra yol kənarına atıb qaçan sürücü saxlanılıb

  • 14.01.2019
  • 0

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Nə düşünürsən?