BDU-nun filial direktoru dünyasını dəyişib

12.01.2019 | 32 | 0

Azərbaycanın ən köklü təhsil ocaqlarından biri, Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.

ATV.az BDU-dan aldığı məlumata istinadən xəbər verir ki, V.Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub. V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə “Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur.

Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

Nə düşünürsən?
Yüklənir...