Azərbaycanda sahibsiz itləri qəddarcasına güllələdilər

  • 11.01.2019
  • 0

Xaçmaz rayonunda sahibsiz küçə itləri güllələnərək öldürülüb. Faktor.az jurnalist Səid Qəribə istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

 

Belə ki, bu gün saat 01:30 radələrində əli silahlı şəxslər küçədə yaşayan onlarla iti güllələyib. Daha sonra həmin şəxslər ölmüş itləri 10 D 367 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna yükləyərək ərazidən uzaqlaşmağa çalışıblar.

 

Sonda həmin ölmüş itlərlə yüklənmiş traktor Xaçmaz Şəhər Bələdiyyəsinin inzibati binasının qarşısında dayanıb. Xaçmazda yaşayan könüllü heyvansevərlər tərəfindən itlərin kütləvi şəkildə güllələnməsinin qarşısını alınıb.

 

Qeyd edək ki, Xaçmazda könüllü qızların təşəbbüsü ilə sahibsiz itlər üçün sığınacaq yaradılıb. Nailə və Hava Rüstəmli bacılarının təşəbbüsü ilə yaradılan sığınacaqda yüzlərlə it yaşayır. Həmin itlər xüsusi yeməklərlə qidalanır və xəstələndikləri zaman müalicə olunurlar.

 

Buradakı itlərə vaxtlı-vaxtında peyvəndlər vurulur. İtlərin yemlənməsi, müalicəsi və digər xərclər üçün hər ay 2 min manata yaxın vəsait xərclənir.

Nə düşünürsən?