Bakıda bir gecədə 4 maşın qarət olundu - Səbəbi isə...

  • 11.01.2019
  • 0

Bakıda bir gecədə 4 avtomobil qarət olunub.

Unikal.org  xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu H.Seyidzadə 2A ünvanında baş verib.

Gecə saatlarında naməlum şəxs  və ya şəxslər sözügedən küçədə dayanan Əbasət Nəcəfova məxsus 90-KJ-412, Vahid Məmmədova məxsus 10-RC-008, Zöhrab Fərəcova məxsus 10-XK- 160, Mehman Baxışova məxsus 10-KP-015 dövlət qeydiyyat nişanlı avtomobillərin yan şüşələrini sındıraraq bəzi maşınlardan  şəxsi əşyalarını oğurlayaraq qaçıblar. Oğurluq barədə DİN-nin 102 "Qaynar xətti"nə  məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və bu istiqamətdə axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Nəsimi rayonu H.Seyidzadə 2A ünvanında yaşayan sakinlər sözügedən oğurluq hadisəsinin baş verməsinə səbəb kimi həmin ərazinin işıqlandırmamasını göstəriblər.

Nə düşünürsən?