Tükürpədən olay: Ana 7 aylıq xəstə uşağını döydü

  • 28.12.2018
  • 0

Türkiyənin Diyarbakır şəhərində tükürpədən hadisə baş verib.

Yenicag.az xəbər verir ki, ana 7 aylıq körpəsini ağladığı üçün döyüb.

Hadisə xəstəxanada baş verib. Belə ki, Əminə T. adlı qadın  bağırsaq infeksiyasından əziyyət çəkən qızını xəstəxanaya aparıb. Uşaq palatada ağladığı üçün anası tərəfindən döyülüb. Sözügedən hadisəni palatada olan digər xəstənin anası tərəfindən lentə alınıb.

Görüntülər xəstəxana polisinə təqdim edilib. Qızını döyən ana polis tərəfindən saxlanılıb.

Nə düşünürsən?