Ticarət mərkəzində 4600 partlayıcı pirotexniki vasitə aşkarlanıb

  • 18.12.2018
  • 0

Bakıda bir ticarət mərkəzindəki mağazalardan 4600 ədəd pirotexniki vasitələr götürülüb.

Baş ictimai təhlükəsizlik idarəsi əməkdaşlarının dünən keçirdikləri reydlər zamanı paytaxtın qaradağ rayonu ərazisindəki ticarət mərkəzindəki mağazalardan 4600 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Sabunçu rayon 13-cu polis bölməsinin əməkdaşları da analoji əməliyyat keçiriblər. Bu zaman bakıxanov qəsəbəsində partlayıcı və tezalışan maddələrin satışı ilə məşğul olan Səbuhi Həsənov müəyyən edilərək saxlanılıb. Onun işlədiyi dükandan xeyli sayda partlayıcı və pirotexniki maddələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Bu arada Dövlət Gömrük Komitəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21013" markalı avtomobil saxlanılıb.

Vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Bu zamannəqliyyat vasitəsinin təkərlərinin içərisindən üzərində müxtəlifyazılar olan 1008 ədəd pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?