Şəmkirin iş adamının toyunda pullar bəyin başına belə səpələndi

  • 11.12.2018
  • 0

Rusiyada baş tutan azərbaycanlı toyunda maraqlı anlar yaşanıb. A24.az xəbər verir ki, olay paytaxt Moskvada yerləşən restoranların birində qeydə alınıb. Belə ki, əslən Azərbaycanın Şəmkir rayonundan olduğu iddia edilən bəyin toy mərasimində restoranın döşəməsi pul əskinaslarla örtülüb. İş adamı olduğu deyilən bəyin yaxınları toy mərasimində külli miqdarda rubl əskinaslarını bəyin başında səpiblər. Nəticədə qonaqların rəqs etdiyi səhnə pulla əhatələnib. Toy iştirakçıları yerə səpələnən pulların üzərində rəqs etməyə məcbur olub. Toyun sonunda yerə səpələnən pullar yığılaraq bəyin ailəsinə təhvil verilib. Yığılan pulların məbləği açıqlanmayıb.

Nə düşünürsən?