“Koroğlu”dakı arakəsmə məhəccərlər söküldü - SƏBƏB

  • 14.11.2018
  • 0

“Koroğlu” metrostansiyası yaxınlığındakı dayanacaqların ətrafında quraşdırılan, yolayırıcı məhəccərlər sökülüb.

13 noyabr axşam saatlarından etibarən həmin məhəccərlərin sökülməsinə başlanılıb. Arakəsmə məhəccərlərin sökülməsi nəqliyyatın hərəkətində də gedikmələrə səbəb olub. Belə ki, avtobuslardan düşən sərnişinlər arakəsmə məhəccərlər olmadığı üçün yolun hərəkət hissəsinə çıxaraq avtobusların gecikməsinə səbəb olub. Bununla bağlı bizimyol.info-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, həmin arakəsmələr yenidənqurma işləri ilə əlaqədar olaraq sökülüb:

“Bəzi yenidənqurma işləri ilə əlaqədar olaraq həmin arakəsmə məhəccərlər sökülüb. Yaxın günlərdə nə kimi yenidənqurma işləri aparılacağı ilə bağlı geniş məlumat veriləcək”.

Nə düşünürsən?