Zəhərlənən şagirdlərin səhhəti ilə bağlı açıqlama

  • 10.10.2018
  • 0

Xəbər veridiyimiz kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.
 
Hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. 9 şagird Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sfera.az-a açıqlamasında şagirdlərin vəziyyətinin yaxşı olduğunu söyləyib:
 
"Qorxublar, gözləri yaşarıb. Ciddi bir şey yoxdur. Gün ərzində şagirdlər evə buraxılacaq”.

Nə düşünürsən?