Nazirlikdən açıqlama: "O artıq kimsəsiz deyil!"

  • 14.06.2018
  • 0

Space Tv də yayımlanan "Olar? Olmaz!" verilişində daha bir maraqlı anlar yaşanıb. Qəbiristanlıqda ac, susuz yaşayan Azər Bağırova "Olar? Olmaz!" verilişindən sonra ikinci böyük dəstək gəlib. Verilişi izləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin göstərişi ilə o müvəqqəti sığınacaqa yerləşdirilib. Nazirliyin rəsmi nümayəndəsi Fazil Talıbov qısa zamanda Azər Bağırovun işlə təmin ediləcəyini və cəmiyyətə adaptasiya olunacaqı bildirib: "Space Tv-də veriliş yayımlandan sonra cənab nazir birbaşa göstəriş verdi ki, sizlə əlaqə saxlayaq və Azər bəyi müvəqqəti sığınacaqımıza dəvət edək. Nə lazımdırsa ona kömək ediləcək." deyə mətbuat katibi bildirib. Daha sonra teleaparıcı Azər Bağırovun yaşayacaqı məkanla tanış olub.

Verilişin davamın da isə bir atanın həkim axtarışı tamaşaçılara təqdim edilib. Amil Xəlillə görüşən Mirhəmid bəy oğlunu sağalda biləcək bir həkimə ehtiyacının olduğunu qeyd edib. "Mən özüm nəyim var sataram. Təki bir həkim olsun. Desin ki mən sənin balanı sağaldaram"

Sonda isə Yasamal rayonu "İnşaatçılar" m/s yanından görüntülər tamaşaçılara təqdim edilib. Şikayyətçilərin sözlərinə görə axşam olanda bu ərazidən keçmək olmur. Nəinki axşam. Heç gündüz vaxtı da keçmək çətindir. Metroda üzü "Qələbə" tərəfə bir pilləkənların olduğunu deyən sakinlər onunda satıcılar tərəfindən zəbt edildiyini qeyd ediblər. 

Həmin anları sizə təqdim edirik.

Nə düşünürsən?