Rus siyasətçi Paşinyanı "başa saldı" - Bu fahişə...

  • 10.05.2018
  • 0

Sarkisyan hakimiyyətdə qala bilmədi. Çünki Paşinyan sosial nazarılıqla dolu olan cəmiyyətin, illərdir Rusiya ağalığında Ermənistanı qurban verən Sarksiyanın, ən əsası qarabağlıların hakimiyyətindən cana doydular. Qafqazda ermənilər tək və kənarlaşdırılmış formada qaldılar. Azərbaycanın ərazilərini işğal etməklə Qafqazın "qara yarası"na çevirildilər. 

Məntiqi olaraq, xalq hakimiyyətin girovuna döndü. Bu cür ab-havanı əla qiymətləndirən Paşinyan Sarksiyanı devirib, hakimiyyətə gəldi. İlk cəhddə Parlament onu rədd eləsə də, ikinci dəfə məcbur qalaraq qəbul etdi. Bu proseslər kənardan elə təsir bağışladı ki, sanki Rusiya narazıdır. Bəlkə də o cürdür, elə isə faktlar da mövcuddur.

Rus kanalları iki həftədir dayanmadan ermənilərin Qafqazda, Bakıda törətdikləri 1918-ci il soyqırımlarını nümayiş etdirirlər. Hətta bir rus siyasətçisi daha da irəli getdi və bu fahişəni (erməniləri nəzərdə tutur) baha qiymətə başqasına kirayələməyin zamanı çatdığını qeyd etdi.

Sonucda bu da bir forpostdur və rusları hər cür şantaj edən, təşkilatlarından çıxacağını deyən Paşinyan Qərbə ümid edir, ruslarla oynayır, Qarabağa gəlib ruslara xidmət edəcəyinə eyham vurub, Azərbaycanı qorxaqlıqda ittiham edir. Adam haqlıdır, çünki erməni xalqı acdır və inqilabın çörəyini yemək, qarnını doydurmaq  istəyir. Paşinyan bu tələbatı nə ilə qarşılayacaq?

Hisslər köhnəlir, ortada acı və ac reallıq qalır. Aclıq çörək və tamaşadan sonra əsas yoldaşdır. 

Azərbaycanın, rusun və Qərbin, eləcə də erməni xalqının istəkləri, təzyiqi, hakmiyyətdən salınmış Qarabağ xuntası Paşinyana yalnız bircə yol qoyur. Azərbaycanı təxribata çəkib, müharibə başlatsın.

Bununla da avtomatik erməni lobbisinin, Rusiyanın, xalqın, Qərb dairələrinin maliyyə dəstəyini qazansın və hakimiyyətinin əsaslarınmı möhəmləndirə bilsin. Növbəti addım rəsmi Bakıya aiddir. Yeri gəlmişkən, Naxçıvandakı ordumuzla İrəvanın arasındakı məsafə 80 km təşkil edir. 

Mehri dəhlizi nə qədər yaxındırsa, Xankəndinə enən vertolyotu da elə vurmaq asandır.

Nə düşünürsən?