Bərbərə qarşı inanılmaz fırıldaq

  • 30.04.2018
  • 0

Bakıda bərbərlərə qarşı fırıldaq edən şəxs peyda olub. Maraqlıdır ki, həmin şəxs saç ustalarının ləvazimatlarını oğurlayır. Həmin şəxs dələduzluğu xüsusi qayda ilə həyata keçirir. Bərbərxanaya yaxınlaşan şəxs evdə xəstə nəvəsi olduğunu və onun saçını kəsdirmək üçün bərbərdən onunla evlərinə getməyi xahiş edib. Mehman Qazıyev aldadıldığını anladıqdan sonra iş yerinə qayıdıb .Və məlum olub ki,dələduz yolüstü onun adından istifadə edərək qonşu mebel salonunundakı ustanı da aldadıb. Dələduzun etdiyi fırıldaq isə anbaan ərazidəki təhlükəsiz kameraları vastisə ilə lentə alınıb. Bərbər deyir ki,ümumulikdə ona 200 manata yaxın ziyan vurub. Sonradan məlum olub ki,görüntülərdəki şəxs yalnız Mehman Qazıyeva ziyan vurmayıb.O, fərqli ərazidə başqa bir bərbəri aldatmağa çalışıb. Eyni ssenari ilə Azər İbrahimlini də Nizami rayonundakı binaların birinin qarşısına gətirərək onu da fenn dalınca göndərməyə çalışıb. Amma bu dəfə ki bərbər şübhələnib və təkliflə razılaşmayıb. Ziyana düşmüş bərbər məsələylə bağlı polisə müraciət edib. Faktla bağlı 34 cü polis bölməsində araşdırma aparılır.

Nə düşünürsən?