"Euronews"da Qobustan haqqında süjet yayımlanıb

  • 01.10.2024
  • 1

"Euronews" telekanalında Azərbaycanın ən qiymətli tarixi-geoloji irsinin yerləşdiyi Qobustan, həmçinin həmin ərazidəki palçıq vulkanları və qədim qayaüstü rəsmlər haqqında süjet yayımlanıb.

May.Az xəbər verir ki, süjetdə yeddi min heyrətamiz petroqlifin saxlanıldığı Qobustan Dövlət Tarixi-Bədii Qoruğu haqqında maraqlı detallar təqdim olunub.

"Tarixçilər hesab edirlər ki, bu yer qədim mağara sakinləri üçün mədəni məkan olub, burada ov mərasimləri və rəqslər həyata keçirilib. Bu gün qoruq ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Ziyarətçiləri bu erkən insanların həyatını təsvir edən açıq səma altında muzeylə tanış olmaq imkanına malikdirlər", - deyə süjetdə qeyd olunur.

Videosüjetdə Qobustan ərazisində olan müxtəlif palçıq vulkanlarının növləri haqqında maraqlı informasiya təqdim olunub.

Nə düşünürsən?