Aktyor Oktay Kaynarca illər sonra "Kurtlar vadisi" serialındakı "Süleyman Çakır" obrazından danışıb.
MAY.AZ xəəbər verir ki, o serilada "Çakır" obrazının anidən öldürülməsinin çəkiliş heyətinin xoş qarşılamadığını deyib.
Aktyor həmin ölüm səhnəsinin yaxşı çəkilmədiyini də qeyd edərək hər kəsi şoka salıb:
"Osman bəyin kefi yaxşı deyildi. Çakır obrazı serialda öldürüləcəkdi. Mənə dedi ki, belə bir şey var. Dedim ki, canınız sağolsun. Nəticədə bu bir obrazdır. Amma çəkiliş meydanında heç kimin kefi yox idi. Mən onları əyləndirməyə çalışırdım. Biz əsas həmin səhnənin yaxşı çəkilməsinə çalışmalıydıq. Amma anladığım qədəri ilə o səhnə yaxşı çəkilməyib".
Ətraflı videoda: