Göygöldə qadın çaya necə düşüb?

  • 07.05.2021
  • 0

Göygöldə çaydan qadın meyiti tapılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Qızılca kəndində qeyd alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA TV-nin əməkdaşları mərhumun yaşadığı Daşkəsən rayonun Bayan kəndində olublar. Ailəsi çəkilişə razı olmasa da, qadının atası Əvəz Həsənov şifahi olaraq bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, qızı Mehriban Həsənova futbol topunu çaydan çıxartmaq istəyən zaman suya düşüb. Yanında heç kəs olmadığında onu su aparıb. 

Qeyd edək ki 39 yaşlı qadın ruhi xəstə olub. Hazırda baş vermiş hadisə ilə bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.