Ermenilərin növbəti ucuz şousu

  • 27.10.2020
  • 0

Cəbhədə, döyüş zonasında əli hər yerdən üzülən Ermənistan tərəfi son çarə kimi ucuz şoular yaratmaqdan əl çəkmir. Hər dəfə də yalanları ifşa olunduqdan sonra növbəti bir yalan başlayır. Daha anlamaq istəmirlər ki, informasiyanın hər kəsə əlçatan olduğu dövrdə belə yalanlar ən qısa müddətdə müəyyən olunur, ifşa olunur. Patrul.az xəbər verir ki, ermənilər növbəti dəfə danışıq tərzindən, ləhçəsində erməni olduğu açıq-aşkar bilinən bir xanımın videosunu paylaşıblar. Amma xanımın videoda heç üzü də görsənmir. Hətta etirazını harada etdiyi, kimə etdiyi də bilinmir. Guya xanım hərbi xidmətdə olan övladından bir həftədir xəbər ala bilmir deyə etiraz edir. Bildirir ki, ona nə Qarabağ lazımdır, nə də torpaq. O yalnız övladını istəyir və s. Amma bir daha deyirik nə bu xanımın kimliyi, nə onun hərbi xidmətdə olan oğlunun kimliyi, nə bu xanımın bu sözləri kimə deyib etiraz etməyi, nə də harada etiraz etməyi məlum deyil. Məlum olan bircə məsələ var. Bu xanımın danışıq tərzindən, ləhçəsindən azərbaycanlı olmadığı. Heç Azərbaycanda yaşayan rus milliyyətli, rusdilli azərbaycanlılar da belə danışmır. Videonun yayılma məqsədi isə bəllidir. Guya Azərbaycan xalqı arasında etirazları çoxaldıb valideynləri övladlarının cəbhəyə getməməsi üçün etiraza səsləmək. Ancaq ermənilər yenə əsas məsələni dərk etmir. Azərbaycanda gənclər döyüşlərə getmək üçün hərbi komissarlıqlar qarşısında sanki yarışa girirlər. Orduya aparılanlar yox, aparılmayanlar üzülürdü ki, onlar gedə bilmədi. Bəzi hislər var ki, onları yaşamadan dərk etmək mümkün deyil. Ermənilər isə belə hisləri ömrü boyu yaşamayıb. Görünən odur ki, bundan sonra da yaşamayacaqlar deyə dərk edə bilməzlər. Sonda isə patrul.az olaraq bildirək ki, rəylərdən, şikayətlərdən görürük ki, səhifəmizi izləyən çoxsaylı ermənilər var. Onlara demək istəyirik ki, Azərbaycanda övladı, nəvəsi orduda olan qadınlar sizin göstərdiyiniz "ucuz şou" videosundakı kimi olmur. Hərbi xidmətdə olan nəvəsi ilə telefonla danışan bu ağbirçək kimi olur. "Canavar kimi ye onları" deyib döyüşə səsləyir. Qarabağ Azərbaycandır.

Nə düşünürsən?