Qəza edən avtomobillər dərədən aşdı

  • 05.10.2020
  • 0

Novxanı qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. YPX.AZ əməkdaşının verdiyi məlumata görə "Nissan" və "KİA" markalı avtomobillərdən biri Bakıdan Novxanıya, digəri Novxanıdan Bakıya doğru hərəkət edirmiş. Böyük ehtimal ki, hadisəyə səbəb sürücülərdən birinin digərinin yoluna çıxması olub. Toqquşma nəticəsində hər iki avtomobil dərədən aşıb, tanınmaz hala düşüb. Ərazidə olan şəxslər hadisə nəticəsində avtomobillərin sürücülərinin və sərnişinlər ağır xəsarət alaraq xəstəxanaya aparıldığını bildirib. DYP səlahiyyətliləri məsələni araşdırandan sonra hadisədə barədə rəsmi açıqlama verər.

Nə düşünürsən?