Bakıda nəqliyyat vasitəsi yük avtomobilinə çırpıldı

  • 03.10.2020
  • 0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb. APA TV verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü İsayev Nəriman Vəli oğlu yüksək sürətlə hərəkətdə olan zaman “Mercedes” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı avtomobildə sıxışılıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar Sürücü İsayev Nəriman Vəli oğlu, sərnişinlər İbrahimov Kamran Rəhman oğlu və Əzizov Nihat Mahir oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Nə düşünürsən?