"Ara işləyərkən" avtomobili vurub qaçan barəsində tədbir görüldü

  • 18.09.2020
  • 18.2K baxış
  • 0

14 sentyabr tarixində Bakı Xırdalan yolunun Binəqədi rayonu ərazisində "ara işləyərkən" avtomobili vurub hadisə yerindən qaçan 10 SP 096 DQN-lı avtomobilin sürücüsü barəsində videogörüntü paylaşmışdıq. Bakı Şəhəri Baş DYP idarəsindən YPX.AZ saytına verilən məlumata əsasən xəbər saytda veriləndən dərhal sonra araşdırma başlanmış və görüntü əsasında fakt öz əksini tapmışdır. Sürücü idarəyə dəvət olunub və ona törətdiyi xətaya uyğun olaraq inzibati protokol tərtib olunub. Hadisə nəticəsində zərər çəkən sürücünün avtomobilinin dövlət qeydiyyat nişanı videogörüntüdə görünmədiyindən saytımızı vasitəsilə həmin sürücüyə müraciət edirik ki, zərər vuran şəxsə inzibati protokol tərtib olunduğundan, zərər çəkən sürücü zərər vuran avtomobilin icbari sığorta şirkətinə müraciət edib ona dəymiş ziyanın tələb edə bilər.

Nə düşünürsən?