Yevlax Mərkəzi Xəstəxanasının önündə iyrənc mənzərə

  • 17.09.2020
  • 225 baxış
  • 0

Xəstəxananın ətrafı tibbi tullantılarla dolub-daşır. Yevlaxda fəaliyyət göstərən tibb ocağında müalicə alanlar üçün istifadə edilən işlənmiş tibbi vasitələr xəstəxananın giriş-çıxış qapılarından birinin düz önünə atılır. Xəstəxananın yaxınlığında yaşayanlar pandemiya dövründə bu cür natəmizliyin onlar üçün təhlükəli olduğunu bildirirlər. Xəstəxanın ətrafı üfünət qoxuyur, qanlı sistem şlankları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətarafa atılıb. Görüntülər Yevlax Mərkəzi Xəstəxanasının giriş-çıxış qapılarından birinin düz ağzında lentə alınıb. Ərazidə yaşayan sakinlər bildirir ki, son günlər buraya tibb müəssəsindən atılan məişət tullantıları toplanmadığından ərazidə bu cür vəziyyət yaranıb. Həmin tullantıların gündüz və ya gecə saatlarında yandırılması isə sakinləri daha çox narahat edir. Tibbi tullantıların niyə məsuliyyətsi şəkildə buraya atılmasının səbəbini öyrənməyə cəhd etsəkdə, tibb ocağından heç bir məlumat verilməyəcəyi bildirildi. Yevlax Komunal Təsərrüfatı Müəssəsindən isə bildirildi ki, Yevlax Mərkəzi Xəstəxanası artıq 5 aydır ki, müəssisə ilə müqavilə bağlamaqdan imtina edir. Görünən odur ki, xəstəxana rəhbərliyi tullantıları həmin əraziyə atmağı üstün tutur. Bu isə heç bir tibbi etikaya sığmır. Nazim Səlimov bildirdi ki, əgər xəstəxana Komunal Təsərrüfatı Müəssəsisi ilə müqavilə bağlasalar həmin tullantılar götürülərək zərərsizləşdiriləcək.

Nə düşünürsən?