Azyaşlı qaçaraq avtomobilin qarşısına çıxdı

  • 10.09.2020
  • 0

Sürücülərin və piyadaların maarifləndirilməsi üçün YPX.AZ olaraq dəfələrlə videosujetlər yayımlamışıq. Baş vermiş faciəvi halların görüntülərini paylaşıb insanların ibrət götürməsinə çalışmışıq. Ancaq görünür hadisənin qəhrəmanı olan azyaşlı qız hələ də yolu keçmək qaydasını öyrənə bilməyib, valideynləri düzgün öyrədə bilməyib. Xətai rayonu NZS qəsəbəsində sürücünün görmədiyi nöqtədən qəfil qaçaraq avtomobilin önünə çıxan azyaşlının aqibəti faciəvi ola bilərdi. Nə yaxşı ki, sürücü hərəkət sürətini düzgün seçib və hər an belə halların ola biləcəyini hesablayaraq avtomobil idarə edib.

Nə düşünürsən?