Millimizin səfərdə qazandığı qələbələr

  • 09.09.2020
  • 202 baxış
  • 0

Millətlər Liqasının II turunda Kiprə 1:0 hesabı ilə qalib gələn yığmamız tarixində 4-cü dəfə səfər oyununda 3 xal qazanıb. AzxeberSport-un məlumatına görə, bunadək yalnız üç dəfə rəsmi turnirlərin səfər görüşündən zəfərlə qayıdıb. İlk belə qələbəsini 2009-cu ildə əldə edən komandamız 2 dəfə dünya çempionatının seçmə oyununda, iki dəfə Millətlər Liqasında sevinib. Bütün bu qələbələr quru hesabla olub. Millimizin səfər qələbələri (rəsmi turnirlərdə) 10 oktyabr 2009. Vaduts. DÇSO. Lixtenşteyn - Azərbaycan - 0:2 4 sentyabr 2016. Serravalle. DÇSO. San-Marino - Azərbaycan - 0:1 11 oktyabr 2018. Torshavn. ML-D. Farer adaları - Azərbaycan - 0:3 8 sentyabr 2020. Nikosiya. ML-C. Kipr – Azərbaycan – 0:1