Astarada çəltik biçini başladı

  • 30.08.2020
  • 0

Astarada çəltik biçininə başlanıb. Xezerxeber.az-ın məlumatına görə, dadı ilə məşhur olan Astara düyüsü əsasən rayonun Artuba kəndində becərilir. Cari ildə Astarada 204 hektar sahədə çəltik əkini aparılıb. Artıq 20 hektar sahədə biçin başa çatıb. Nəticədə 80 ton məhsul əldə olunub. Fermerlər satış zamanı çətinlik çəkməkdiklərini bildirirlər. Yerində 4-5 manata təklif olunan məhsul üçün fermerlər xeyli sirafiş alıblar. Fermerlər bildirirlər ki, məhsulun əkini mexaniki üsulla aparılsa daha effektiv olar. Məsələ ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu istiqamətdə iş aparılır. Qeyd edək ki, Astarada əsasən Haşimi, Sədri kimi düyü növləri becərilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?