Atlar qəfil yola çıxdı

  • 29.08.2020
  • 0

21 avqust tarixində Bakı-Xudat-Rusiya yolunun Xaçmaz rayonu, Giləzi qəsəbəsindən keçən hissəsində hərəkət istiqamətini ayıran dəmir arakəsmələrin boşluğundan keçən atlar qəfil sürücünün qarşısına çıxıb. Qarşıda gələn atın rənginin yol örtüyünə oxşar rəngdə olmasından sürücü onu son anda görə bilib və peşəkarlığı sayəsində qəzadan yayına bilib. Videogörüntünü YPX.AZ qaynar xəttinə göndərən sürücü bildirir ki, avtomobildə olan hər kəs bir anlıq şok keçirib.

Nə düşünürsən?