Ağstafada qədim yaşayış məskəni aşkar edildi

  • 26.08.2020
  • 7 baxış
  • 0

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspediyası Ağstafada Neolit dövrünün ən qədim mərhələsinə aid yaşayış yeri aşkar ediblər. Xezerxeber.az-ın məlumatına görə, "Çağrı təpə" adlanan qədim yaşayış məskəni, daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyalarının aşkarlanması onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub. İlkin araşdırmalara görə ərazinin çay ətrafında yerləşməsi və təbii sərvətləri kompakt məskunlaşma üçün əlverişli olub. Hazırda ərazidə arxeoloji qazıntılar davam edir.Tapılan maddi mədəniyyət nümunələri dəqiq tədqiq edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna göndəriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?