*Zibili yola dağıda-dağıda gedən yük avtomobili*

  • 17.08.2020
  • 0

YPX.AZ qaynar xəttinə göndərilən videogörüntüdəki hadisə 14 avqust 17:14 radələrində Badamdar qəsəbəsində baş verib. 90 JN 905 DQN-lı "Kamaz" markalı yük avtomobilinin sürücüsü yükdaşıma qaydalarını pozaraq, dağılabilən yükü tentsiz, üstü açıq vəziyyətdə daşıyıb. Küləyin təsiri nəticəsində yük hissəsində olan zibil yola dağılıb. Dağılan zibil yüngül material olsa da digər avtomobillərə və piyadalara ziyan verməsə də, yükün dağılması zamanı sürücülərin diqqətinin yayınması və qəzanın baş verməsi ehtimalı qaçılmazdır.

Nə düşünürsən?