*Qırmızıda keçib qəza etdi və piyadaların üzərində hərəkət etdi*

  • 14.08.2020
  • 0

YPX.AZ xəbər verirdi ki, hadisə Rusiyanın Krasnodar vilayətində baş verib. 10 avqust, 12:30 radələrində "Krasnoy" küçəsi ilə hərəkət edən VAZ-2112 markalı avtomobilin sürücüsü svetoforun yaşıl işığının son saniyələrində keçəcəyini fərz edir. Lakin artıq qırmızı işıq yanmışdı və "Priora" markalı avtomobilin sürücüsü onun hərəkət etdiyi küçə ilə kəsişən "Kuzneçnoy" küçəsindən hərəkətə başlamışdı. Nəticədə avtoqəza baş verir. Zərbənin təsirindən Priora markalı avtomobil 180 dərəcə yerində fırlanır. Zərbə o qədər güclü olur ki, VAZ 2112 markalı avtomobil dayana bilmir və kəsişmədəki piyada zolağında gözləyən piyadaların üzərinə doğru hərəkət edir. Yalnız şans və xoşbəxtlikdən piyadaların heç birinə heç nə olmur və avtomobil onların arasından keçir.

Nə düşünürsən?