*Avtomagistrala "protiv" girdi*

  • 11.08.2020
  • 0

Hər gün biri-birindən ağlasığmaz yol nəqliyyat hadisələri ilə tanış oluruq. YPX.AZ olaraq işıqlandırırıq. Hətta onların içində elələri olur ki, özümüz görüntüləri görməyənə qədər kimsə belə bir hadisə haqqında bizə desə inanmarıq. Elə yazının sonunda videogörüntünüsünü təqdim etdiyimiz hadisə də onlardandır. Xarici ölkələrin birində minik avtomobilinin sürücüsü avtomagistrala "protiv" girib. İnsan təsəvvür edə bilmir ki, bir sürücü 3 zolaqlı avtomagistrala necə əks hərəkət edə bilər. Gec də olsa bunun fərqinə varan sürücü geri dönüb qayıtmaq istəsə də bu zaman yük avtomobili ilə toqquşmadan qaça bilməyib. Xoşbəxtlikdən yalnız avtomobil xəsarət alıb.

Nə düşünürsən?