İtaliyalı həkimlər xəstəxanalarda

  • 06.08.2020
  • 0

Xarici həkimlər 2 həftə ərzində xüsusi rejimli xəstəxanalarda çalışacaq COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində təcrübə mübadiləsi məqsədi ilə İtaliyadan Azərbaycana gələn tibbi heyət bu gün Mərkəzi Neftçilər Xəstəxanasında yerli həkimlərimizlə görüşərək fəaliyyətə başladılar. 6 nəfərdən ibarət olan italiyalı mütəxəssislər yerli həkimklərlə bir sıra məsləhətləşmələr aparandan sonra koronavirus infeksiyasının müalicəsi ilə bağlı öz təcrübə və yanaşmalarını onlarla bölüşdülər. 1 infeksionist, 1 funksional diaqnostika və 2 reanimatoloq sahəsi üzrə ixtisaslaşan italiyalı mütəxəssislər İtaliyanın "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri institutundan gəliblər.

Nə düşünürsən?