Dinc əhaliyə dəymiş ziyan müəyyənləşib

  • 24.07.2020
  • 0

Ermənistan silahlı qüvvələrinin son artilleriya atəşləri nəticəsində 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb. Xezerxeber.az-ın məlumatına görə, bu məlumatı Tovuzda araşdırma və qiymətləndirmə işləri aparan işçi qrupu verib. Bildirilib ki, mütəxəssislərdən ibarət olan 3 qrup araşdırmaları yekunlaşdırıb. Rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində fərdi ev və təsərrüfatlara baxış keçirilib. Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Kənd sakinlərinin 20-25 baş xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub. Qış ehtiyatı üçün toplanmış 300-350 ədəd ot bağlaması tamamilə yanıb, bir neçə şəxsi avtomobil mərmi qəlpələrindən ciddi zədələnib. Həmçinin, 15 evdə vətəndaşların məişət əşyaları, eləcə də həyətyanı əkin sahəsi zərər görüb. Artıq dəyən ziyanın qiymətləndirilməsinə başlanıb və yekunda tədbirlər planı hazırlanaraq hökumətə təqdim ediləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?