Ağbirçək qadın hamımızı qürurlandırdı

  • 24.07.2020
  • 0

Bu gün bir qrup gənc öz təşəbbüsü ilə cəbhə bölgəsinə təkər yığıb göndərib. YPX.AZ xəbər verir ki, həmin vaxt yaxınlıqda yaşayan yaşlı qadın gənclərə yaxınlaşaraq, bu qədər təkəri nə etdiklərini soruşub. Gənclər isə cavabında cəbhəyə göndərəcəklərini bildiriblər. Yaşlı qadın maşına yaxınlaşıb və təkərə əl atıb ki, mən də sizə kömək edəcəm. Bu zaman uşaqlar mane olaraq: “Sənin deməyin bizə yetər ana, sən zəhmət çəkmə, biz sənin yerinə də yığarıq”, – deyə bildiriblər. Həmin kadrlar gənclərdən birinin kamerasına anbaan əks olunub və belə bir qürurverici görüntü yaranıb. Həmin görüntüləri sizlərə təqdim edir:

Nə düşünürsən?