Yük avtomobili ilə toqquşdu

  • 23.07.2020
  • 0

Rusiyada baş verən avtoqəzanın videogörüntüsü yayılıb. Ən sol zolaqla yük avtomobilinin arxasında gedən Opel markalı avtomobilin sürücüsü yük avtomobilinin sağ zolağa yerdəyişmə etdiyini görüb onu ötmək istəyir. Lakin bu zaman arxadan ən sağ zolaqdan başqa minik avtomobili gəlir. Yük avtomobili onunla toqquşmamaq üçün arxaya baxmadan yenidən sol zolağa qayıdır. Elə bu zaman Opel markalı avtomobil yük avtomobili ilə hərəkət istiqamətini ayıran bardurun arasında qalır və ciddi xəsarət alır.

Nə düşünürsən?