Taxıl biçini sona çatır

  • 05.07.2020
  • 0

Sərt karantin rejimində fermerlər üçün icazə qaydaları açıqlandı Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. Artıq ölkə üzrə taxıl sahələrinin 73 faizində biçin başa çatıb. Hazırda taxıl biçini əsasən dağətəyi zonalarda aparılır. Xaçmaz rayonu aktiv taxıl biçini gedən rayonlardan biridir. Bu il arazisində 23664 hektar sahədə taxıl əkilib. Bunlardan 17460 hektarı buğda, 6204 hektarı arpa sahələridir. Rayonda taxıl biçininə 96 kombayn cəlb olunub. Artıq 14 min hektar sahədə biçin başa çatıb. Gələn həftənin sonuna kimi biçin prosesinin tam yekunlaşacağı gözlənilir. Xaçmaz rayonunda dənli bitkiləri toxumçuluğuna xüsusi diqqət yetirilir. Azərbaycan-Türkiyə müştərək müəsisiasi bu il əkdiyi yerli və xarici sort taxıl üzrə yüksək məhsuldarlıq əldə edib. Sərt karantin rejimi tətbiq olunan rayonlar arasında aktiv taxıl biçini aparılan Şəki, Xaçmaz, Siyəzən, Goranboy, Göygöl və digər rayonların da adları var. Sərt karantin rejimi .əraitində taaxıl biçini, meyvə, bostan-tərəvəz məhsullarının sahələrdən yığımı necə həyata keçiriləcək? Kənd Təsərrüfatı Nazirliyi karantin zonasında fermerlərin hərəkətinin təşkili məsələlərinə aydınlıq gətirib. Nazirlər Kabineti kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib. Təlimatda xüsusi karantin rejimində kənd təsərrüfatı sektorunda çalışan şəxslərin hərəkət qaydaları müəyyənləşdirilib.

Nə düşünürsən?