Sürücülərin verdiyi səs siqnalı piyadanı ölümcül hala saldı

  • 01.07.2020
  • 0

"Lada Granta" markalı avtomobilin sürücüsü piyada keçidində bir qızı vuraraq maşının altında sürüyüb. YPX.AZ xəbər verir ki, hadisə Rusiyanın Rostov bölgəsində qeydə alınıb. Belə ki, qız piyada keçidindən keçərkən svetoforun yaşıl işığı sönüb və qırmızı işığı yanıb. Bu zaman sürücülər keçiddən istifadə edən qıza səs siqnal verməyə başlayıblar. Qız yaranan ani çaşqınlıqdan geri qayıtmağa çalışıb və ayağı büdrəyərək "Lada" markalı avtomobilin altına yıxılıb. Yol polisi isə sürücünü günahlandıraraq piyadanın yolunu tamamlamamışdan öncə avtomobili hərəkət etdirdiyini deyir. 17 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nə düşünürsən?