Ani manevr edib piyadaya yol vermək istəyən sürücü qəza törətdi

  • 01.07.2020
  • 0

Ani manevr edib piyada keçidindəki piyadaya yol vermək istəyən sürücü qəza törədib. YPX.AZ xəbər verir ki, hadisə Rusiyanın bölgələrindən birində baş verib. Belə ki, sağ kənar zolaq ilə hərəkət edən "Volswagen" markalı avtomobilin sürücüsü anidən sol zolağa doğru manevr edib və həmin zolaqda tormozlanma edərək piyada keçidindəki piyadaya yol verib. Bu zaman arxada hərəkətdə olan digər nəqliyyat vasitəsi "Volswagen"ə çırpılıb. Hadisə arxa istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin video qeydiyyatçısı tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?