Sabunçuda fərdi evdə yanğın

  • 30.06.2020
  • 783 baxış
  • 0

Paytaxtda bu gün səhər saatlarında ikiotaqlı fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Bildirilir ki, yanğın Sabunçu qəsəbəsi, Elşən Mehdiyev 14, mənzil 7 ünvanında baş verib. Məlumata əsasən, alov qismən iki qonşu evə də keçib.

Nə düşünürsən?