Məsuliyyətsiz sürücüdən polisə hörmətsizlik, piyadaya təhlükə

  • 29.06.2020
  • 0

Nərimanov rayonu ərazisində baş verən qəza zamanı digər bir sürücü təhlükəsizliyi təmin edən Mühafizə Polisi əməkdaşına qarşı hörmətsizlik edib, yolu keçən piyyada üçün təhlükə yaradıb. YPX.AZ xəbər verir ki, hadisə Təbriz küçəsi, Bakı Konqres Mərkəsinin qarşısında üzü Gülarə Qədirbəyova küçəsi istiqamətində, qarşı hərəkət zolağı ilə hərəkət edən nəqliyyat vasitələri üçün müəyyən edilmiş geriyə dönmə yerində baş verib. Belə ki, həmin yerdə bir sürücü qarşı zolaqda hərəkət edən nəqliyyat vasitələri üçün müəyyən edilmiş yerdən icazə olmadığı halda geriyə dönmə əməliyyatı yerinə yetirmək istəyib və nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Daha sonra ərazidə olan Mühafizə Polisi əməkdaşları hadisə yerinə yaxınlaşıb təhlükəsizliyi təmin etməyə başlayıblar. Bu zaman 01 CA 026 dövlət qeydiyyat nişaanlı "Kia" markalı avtomobilin sürücüsü də qayda pozaraq qəzaya düşən avtomobilin sürücüsü kimi eyni yerdən dönmə əməliyyatı etməyə çalışıb. Mühafizə Polisi əməkdaşı isə bu yerdən dönmə əməliyyatı etməyin qadağan olduğunu və icazə verilmədiyini bildirdikdə isə sürücü avtomobilə normadan artıq sürət toplayıb və avtomobilin təkərlərini yerində fırladaraq səs-küy yaratmaqla ərazidən uzaqlaşmağa çalışıb. Həmin an sürücü yola baxmadığı üçün yolu keçən piyadanı da vurmaqdan son anda yayınıb. Təhlükəsizliyi təmin edən və qanunu nizamlayan polis əməkdaşlarına qarşı bu formada davranmaq böyük hörmətsizlikdir. Sürücü həmin piyadanı vursaydı bu özbaşına əməlin nəticəsi də tam başqa ola bilərdi. Qanunllar hər kəs üçündür və təhlükəsizliyi nizamlamaq hərəkət iştirakçılarını mühafizə etməkdir. Bunu edən polis əməkdaşlarına qarşı ədəb normaları çərçivəsində davranıb hörmət etmək hər birimizin borcudur.

Nə düşünürsən?