"BakuBus" sürücüləri də qayda pozanlar sırasına qoşuldular

  • 25.06.2020
  • 0

Yoxlama-buraxılma postuna qədər sıxlıq yarandığı üçün, bəzi nəqliyyat vasitələri əks yola çıxaraq nəqliyyat axınının əksi istiqamətində hərəkət ediblər. YPX.AZ xəbər verir ki, Elşən Mehdiyev küçəsi ilə üzü Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri, yol ötürücüsünün üzərində yoxlama-buraxılma postu qurulduğu üçün yaranan tıxacda gözləməmə məqsədi ilə 1.1 nişanlanma xəttinin tələbini pozub, nəqliyyat axınının əksi istiqaməti ilə hərəkət ediblər. Təqdim etdiyimiz videomaterialda 15 nəqliyyat vasitəsi nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxıblar. Qeyd edək ki, 1.1 nişanlanma xəttinin tələbini pozmaqla nəqliyyat axınının əksi istiqamətində hərəkət etməyin cəriməsi İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 cərimə balı və 100 manat məbləğindədir. Sürücülərin qayda pozuntusu digər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?