Karantin rejimindən sonra Bakıda izdiham yaşandı

  • 16.06.2020
  • 0

İki günlük gücləndirilmiş karantin rejimindən sonra paytaxt Bakıda insan izdihamı yaşanıb. Xezerxeber.az-ın məlumatına görə, eyni anda yüzlərlə insan paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsinə axın edib. Küçədə hərəkət edənlər hansısa istiqamətə getmək üçün nəinki sosial məsafə saxlaya bilmir, bəzi hallarda hətta bir-birinə toxunaraq keçməli olurlar. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, koronavirusa yoluxma hallarının 50.2 faizi paytaxt Bakının payına düşür. Xatırladaq ki, son günlər yoluxma sayında rəqəmlərin sürətlə çoxalması xəstəxanaların yükünü də artırır. Yoluxma sürəti bu cür davam edərsə qısa zamanda bütün xəstəxanalar dolacaq və xüsusilə vəziyyəti ağırlaşan yaşlı, müxtəlif xəstəlikləri olan insanlar normal tibbi yardım ala bilməyəcəklər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?