Uşaq oğurluğunda adı hallanan şəxslə bağlı şok xəbər

  • 16.06.2020
  • 0

3 yaşlı Bəşirova Miray Tamerlan qızının günün günorta çağı "Koala” parkından qaçırılması ölkə mətbuatının gündəmini zəbt edib. 29 fevral 2020-ci ildə baş vermis cinayət hadisəsi indiyə kimi öz hüquqi qiymətini almayıb. Atası və nənəsi ilə parkda gəzən Mirayın qaçırılmasında iştirak edən xalası Baxşıyeva Diana, sonuncunun bacısı Bəşirova Samira və anası Baxşıyeva Sevil haqqında mətbuatda kifayət qədər materiallar dərc olunub. Şəhərin mərkəzində törədilmiş bu ağır cinayətləri ailə məişət zəminində baş vermis hadisə kimi qələmə vermək qətiyən olmaz. Cinayət hadisəsinin videoyazısından görünür ki, Baxşıyevlər qruplaşmasının "vuran əli” Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış üzrə keçmiş müvəkkili Lətif İmanov olmuşdur. Bəli düz oxudunuz. Keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşı görünür qanunların tələblərini "unudub” və pul müqabilində bu qanunları tapdalamağa razılıq verib. Şübhəsiz ki, Baxşiyeva Diana və Baxşiyeva Sevil Mirayı atasının əlindən alıb qaçmaq üçün əlavə "gücə” ehtiyac duyublar. Bu özbaşınalıqda qolu zorlu Lətif İmanov onlara yardım edib. Araşdırmalarımız nəticəsində muzdlu İmanov haqqında bunları öyrənə bildik. İmanov Lətif Cəfər oğlu 27 aprel 1972-ci ildə Hacıqabul rayonunda anadan olub. Nərimanov rayon polis idarəsinin cinayət-axtarış üzrə keçmiş müvəkkili Lətif İmanov hal-hazırda "Artur Rent a Car” MMC-də hüquqşünas işləyir. Daha doğrusu hüququ bilməyən, yaxud bildiyi halda onun tələblərini kobud surətdə pozan "ədalət təmsilçisi”. Bəs İmanov Lətifin digərlərinə yardım etməkdə, azyaşlı Mirayı oğurlamaqda,onun atasını və nənəsini qanunsuz izləməkdə məqsədi nə olub? Axı qərəzli xuliqanlıq, özbaşınalıq və uşaq oğurluğu baş verəndən sonra o, yaxasını kənara çəkib və özünü qüya təsədüfi "seyr”edici kimi qələmə verməyə çalışıb. Buradan belə aydın olur ki, keşmiş polis əməkdaşı İmanov Lətif, Baxşıyeva Diana, bacısı Bəşirova Samirə, anası Baxşıyeva Sevil və atası Ryazan millionçusu olan Baxşıyev Səxavətin pulu ilə tutulub. Qısaca desək muzdlu uşaq oğrusu. Azyaşlı Miraya öz eqoistik prinsipləri naminə psixoloji stress anları yaşadanlar, ona ömür boyu unutmayacağı mənəvi zərbəni vuranlar və bədən xəsərətləri yetirən nə düşünür? Bir ana, bir xala, bir oliqarx baba öz nəvəsini oğurlatmaq üçün pulla adam tutursa burada hansı insanlıqdan danışmaq olar? Tutaq ki, Mirayın qan qohumları bu cinayətin iştiraklarını pərdələməyə müvəffəq oldular. Bəs pul müqabilində çoxsaylı insanların gözü qarşısında adamların qanunsuz izləməsini və uşaq oğurlamasını boynuna götürən Lətif İmanov nə üçün hələ də qanun qarşısında cavab verməyib? Bəlkə Baxşıyevlər ailəsinin millionçu başçısı muzdlu Lətif İmanovunu da pul qücünə məsuliyyətdən sığortalayıb? Bəşirovlar ailəsi buna inanmaq istəmir, elə dördüncü hakimiyyət olan biz də…İnanırıq ki, Mirayın qanunsuz izləməsinin və qaçırılmasının iştirakçıları, QALXIN MƏHKƏMƏ GƏLİR!!! cümləsini çox yaxın zamanda eşidəcəklər.

Nə düşünürsən?