Silah gizlədən şəxs saxlanıldı

  • 14.06.2020
  • 0

Saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb. Əməliyyat zamanı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Samiq Rəhimov tutulub. Onun Abşeron rayonunda yaşadığı evdə axtarış aparılan zaman 1 ədəd “Naqan” konstruksiyalı “Marqolin” markalı tapança və həmin silaha məxsus 2 ədəd patron aşkar olunaraq götürülüb. Samiq Rəhimov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Nə düşünürsən?