Koronavirusa yoluxan şairdən vətəndaşlara çağırış

  • 13.06.2020
  • 0

Hazırda koronavirusdan müalicə alan şair Şəhriyar Del Gerani vətəndaşlara çağırış edib. Xezerxeber.az-ın məlumatına görə, o deyib ki, artıq bu xəstəliyə inanıb-inanmama müzakirə mövzusu olmamalıdır. Çünki belə xəstəlik var və insanlar özlərini qorumalıdırlar. Şair deyib ki, bu virusun şiddətli ağrıları var. Xüsusilə ilk günlər ölüm-qalım mübarizəsi aparmalı olursan. Şəhriyar Del Geraninin müalicəsi yenicə açılışı olan ''Yeni Klinika''da aparılır. Şair səhhətinin dünəndən yaxşılığa doğru irəlilədiyini deyib. O, hazırda sağalma mərhələsindədir. Qeyd edək ki, şairdən yenidən analiz götürüləcək. Onun nəticəsi neqativ olarsa və özünü yaxşı hiss edərsə, o, ambulator müalicə üçün evə buraxılacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: