Maska taxmayan şəxslər belə cərimələndi

  • 12.06.2020
  • 0

İctimai yerlərdə maska taxmaq məcburidir.Bu , TƏBİB-in metodiki göstərişlərində dətələb kimi qoyulub. Çünkü maskadan istifadə virusun arealının genişlənməsinin qarşısını alır. Bu məqsədlə maska taxmayan şəxslər 50 manat cərimə edilir.Polisbu gün də Bakıda maska taxmayan şəxslərə qarşı reyd keçirib. Maskasız şəxslər avtobuslardan düşürüldü. Onlar ictimai nəqliyyatda maska taxmadıqları üçün cərimə edildilər. Maskası olub taxmayanlara isə xəbərdarlıq edildi, onlarla marifləndirici söhbətlər aparıldı. Görüntülər Xətai rayon polis idarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reyddəndir. Reydin keçirilməsində məqsəd ictimai yerlərdə vətəndaşların maskadan istifadə etmələrini təmin etməkdir. İlk olaraq avtobuslarda maska taxmayanlar düşürüldü və barələrində protokol yazıldı. Daha sonra geyim dükanları, restoranlara və digər mağazalara baxış keçirildi. Mağaza sahibləri ilə marifləndirici söhbətlər aparıldı. Xətai rayon polis idarəsindən verilən məlumata görə, reydlər mütəmadi olaraq aparılacaq. Qeyd edək ki,ictimai yerlərdə maska taxmaq məcburidir. Bu qaydanı pozanlar inzibati xətalar məcəlləsinə uyğun olaraq 50 manat məbləğində cərimə edilirlər.

Nə düşünürsən?