İmişlidə 27 yaşlı şəxs güllələndi

  • 11.06.2020
  • 0

İmişlidə güllələnmə hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü İbrahimli Röyal odlu silahla naməlum şəxs tərəfindən güllələnib. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırdır, döş qəfəsindən və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb, daxili qanaxması var, yaralı əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?