Polisə bıçaqla müqavimət göstərən şəxsə cinayət işi açıldı

  • 07.06.2020
  • 0

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. Bu barədə YPX.AZ-a məlumat verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirilərək polis bölməsinə gətirilib. E.Dadaşovun üzərindən bir ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Nə düşünürsən?