Öz rahatlığını təmin edib başqalarına əlavə iş çıxaran sərnişin

  • 05.06.2020
  • 0

Sərnişin içdiyi içkinin qabını avtomobildən yol kənarına atıb. YPX.AZ xəbər verir ki, 90 ZF 469 dövlət qeydiyyat nişanlı "VAZ" markalı avtomobildə sərnişin qismində əyləşən kişi, içdiyi içkinin qabını svetoforun qırmızı işığında dayandıqları zaman yan şüşədən yol kənarına atıb. Qeyd edək ki, sərnişin qismində əyləşən şəxsin etdiyi bu hərəkət qayda pozuntusudur və qanuna müvafiq olaraq cəriməsi var. bundan əlavə olaraq isə şəhərin təmizliyinə nəzarət edən və böyük əksəriyyəti qadınlarda ibarət olan İcra Hakimiyyəti işçiləri bu kimi laqeyid şəxslərin düşüncəsiz hərəkətləri ucbatından əlavə işləmək məcburiyyətində olur, hətta bəzən təhlükə ilə üz -üzə qalırlar. Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?