44 yaşlı şəxsin yetişdirdiyi çətənə kolları aşkarlandı

  • 03.06.2020
  • 0

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir. ​ YPX.AZ xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. ​ Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?