Əks yola çıxan sürücü hər kəsə təhlükə yaratdı

  • 01.06.2020
  • 0

Əks yola çıxaraq avtomobillərin üzərinə sürən sürücü təhlükə yaradıb. YPX.AZ xəbər verir ki, hadisə Asif Əsədullayev küçəsində baş verib. Belə ki, 99 SG 701 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkətinə davam edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün üzərinə doğru hərəkət edən sürücüson anda digər zolaqda hərəkət edən sürücünü sıxışdıraraq yoluna qayıdıb. Sürücünün bu əməli digər hərəkət iştirakçıları tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?